Azərbaycan yığması Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.
İdmanxeber.az xəbər verir ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət heyət tamblinq üzrə komanda hesabında 1-ci yeri tutub və dünya çempionu olub.
Bu, Azərbaycan gimnastikası tarixində bir ilkdir.