Milli komanda

Millimizin ərəbləri darmadağın elədi

Türkiyədə təşkil olunan “Antalya Kuboku” turnirində iştirak edən U-21 millimiz  bu gün ikinci oyununu keçirəcək.

idmanxeber.com-un məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komandamız Səudiyyə Ərəbistanının U-20 yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, yığmamız ilk oyununda Ukraynanın U-21 millisinə 2:1 hesabı ilə qalib gəlib.

24 yanvar

Antalya Kuboku

17:00. Azərbaycan  – Səudiyyə Ərəbistanı – 3:0 
Qollar: 
Namiq Ələskərov, 8-pen. Elnur Cəfərov, 18-pen. Namiq Ələsgərov, 77
Qırmızı vərəqə: Məhəmməd Əlyamr, 7 (Səudiyyə Ərəbistanı)

Azərbaycan: Tərlan Əhmədli, Rahil Məmmədov, Azər Salahlı, Məqsəd İsayev, Elnur Cəfərov, Kamal Mirzəyev, Namiq Ələsgərov, Vüqar Mustafayev, Ruslan Nəsirli, Sadiq Quliyev, Adil Nağıyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43