19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda mübarizə aparacaq millimizin keçirəcəyi oyunların vaxtı və stadionlar müəyyənləşib.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız ilk görüşünü martın 26-da, Fransa millisinə qarşı keçirəcək.
“Luis Villemer” stadionunda baş tutacaq həmin oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
26 mart
22:30. Fransa – Azərbaycan
Sent-Lo (Fransa). “Luis Villemer” stadionu
28 mart
21:30. İngiltərə – Azərbaycan
Bayeux (Fransa). “Henry Jeanne” stadionu
31 mart
22:00. Azərbaycan – Danimarka
Flers (Fransa). “Stade de Haze” stadionu
Qeyd edək ki, oyunların saatı Bakı vaxtı ilə göstərilib.