Azərbaycan milli komandasının hücumçusu Ruslan Qurbanovun şərəfini qoruduğu “Hayduk” (Split) Xorvatiya çempionatının 2014-15 mövsümünün son matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, Qurbanovun komandası “RNK Split”lə üz-üzə gəlib. Qarşılaşma heç-heçə başa çatıb – 1:1.
Həmyerlimiz matça start heyətində başlayıb. İlk hissədən sonr aisə futbolçumuz əvəzlənib və onun yerinə meydana çıxan Maloko komandasının yeganə qolunu vurub.