05 Oktyabr 2024
Kateqoriyasız

“Millimizin futbolçuları olduqları yerdə xoşbəxt deyillər” – Azər Bağırov

“Millinin iki oyununu izlədik. Bu oyunlarda milli çox şeylərlə – oyun üslübu ilə, taktiki gedişlər və s. seçilmədi. Ancaq bu oyunlar da sönük keçdi. Qazanılan 1 xal da düşünmürəm ki, bizə nələrsə qazandırdı. Mənim üçün maraqlı gələn anlar var ki, meydançada üzlər gülmür. Bunun özü vacib faktordu. Sanki futbolçular olduqları yerdə xoşbəxt deyillər. Oynadıqları futbol da həmin o xoşbəxt olmamanın cavabı kimi görünür”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis daha sonra çalışdırıcısı olduğu Naxçıvan klubunun yay planı haqda danışıb:

“Bu gün Araz Naxçıvan”ın yay planı hazırdı. Sadəcə PFL-in qərarından sonra konkret hər şey bilinəcək. Çünki limit məsələsinə tam aydınlıq gəlməlidi. Bir neçə futbolçu ilə danışıqlar gedir. 12-13 futbolçu dəvət edəcəyik komandaya. Hazırlıq planını iki hissəyə böləcəyik. Belə ki, Türkiyədə, daha sonra da Naxçıvanda hazırlığımızı davam etdirəcəyik.Qardaş ölkədə də 5 yoxlama oyunu keçirmək nəzərdə tutmuşuq. PFL-in çempionatın başlama tarixini açıqlamasından sonra planımızı o yöndə davam etdirəcəyik”.

Bağırov daha sonra klub rəhbərliyinin komanda üçün tikəcəyi məşq meydançlarına, eləcə də, planda olan böyük stadionun inşa edilməsi məsələsinə toxunub:

“Rəhbərlikdən istəyimiz, tələbimiz məşq meydançalarının tikilməsi olub. Yaxın illərdə isə Naxçıvanda böyük bir stadionun tikilməsi planlaşdırılır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43