Millimizin futbolçuları Renat Dadaşovla Həsən Nəzərli “Ankaragücü”də növbəti oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi Türkiyə Kubokunun qrup mərhələsinin ilk oyununda “İskenderunspor”la qarşılaşıb. Qarşılaşma heç-heçə başa çatıb – 1:1.
Renat Dadaşov və U-19 millimizin üzvü Həsən Nəzərli matça ilk “11-lik”də başlayıblar və sonadək meydanda olublar.