Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” klubu yoxlama oyununda qüvvəsini sınayıb.
İdmanxeber.com-un məlumatına görə, Nazarovun komandası “Zonnenhof Qrossaşpax” ilə qarşılaşıb.
Qarşılaşma “Karlsrue”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Futbolçumuz ikincihisssədə meydana çıxaraq bərabərlik qolunu vurub.