22 Oktyabr 2024
Dünya futbolu

Millimizin futbolçusu Çempionlar Liqasında növbəti oyununa çıxır

Millimizin futbolçusu Eddi İsrafilov formasını geyindiyi Malayziyanın “Yohor Darul Takzim” klubu Asiya Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, komanda səfərdə “Qvanqju” ilə qarşılaşacaq.

Cənubi Koreya təmsilçisi ilə səfərdə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Eddinin bu oyuna start heyətində başlaması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43