21 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü Barış Ekincier II Bundesliqa təmsilçisi “Bohum”la müqaviləsini uzadıb.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2022-ci ilin yayına qədər uzadılıb.
Barış başa çatan mövsüm II Bundesliqada bir oyun keçirib. Gənc futbolçu ötən ilin dekabrında ürək əməliyyatı keçirmiş və mövsümü erkən tamamlamışdı. Milli üzvü bir müddətdir ki, məşqləri bərpa edib.
Qeyd edək ki, Barış Ekincier Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib.