Ölkə futbolu

Millimizin futbolçusu göz yaşlarını saxlaya bilmədi: “Görüntülər ürək parçalayır”

Niderlandın “Eyndhoven” klubunda forma geyinən millimizin üzvü Ozan Can Kökçü Türkiyədə baş vermiş zəlzələ barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, “Villem II” ilə görüşə başlamışdan əvvəl bir dəqiqəlik sükutda göz yaşlarına saxlaya bilməyən futbolçu oyun sonrası bunları deyib:

“Səhər oyananda gördüklərimə inana bilmədim. Hər kəs dağıntılar altında qalıb. Normalda bu qədər duyqusal biri deyiləm. Görüntülər ürək parçalayır. İnana bilmirəm. Deməyə söz də tapmıram. Nə edə bilərəm? Ancaq əlimdən gələn qədər maddi və mənəvi dəstək olmağa çalışacam. Türkiyədə birlikdə oynadığım futbolçular var. Bi ar öncə bunun bitməsini istəyirəm. Zəlzələ harda olsa yenə də eyni şəkildə üzülərəm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43