Kateqoriyasız

Millimizin futbolçusu vəfat etdi

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü olmuş Nino Qurqenidze dünyasını dəyişib.

İdmanxeber.az AFFA-nın rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qurgenidze son olaraq Azərbaycanın U-19 yığmasında 2018-ci ilin 3 – 9 oktyabrında Türkiyədə Avropa çempionatının seçmə oyunlarında meydana çıxıb. Həmin görüşlərdə Türkiyəyə 0:2, İsveçrəyə 0:3 hesabı ilə uduzan milli komanda son qarşılaşmasında Kiprə qalib gəlib – 2:1. Həmin matçda Azərbaycan yığmasının ikinci qolunu məhz Qurgenidze vurub.

Xəstəliyi üzə çıxdıqdan sonra o, Türkiyədə müayinədən keçib və müalicəsini Gürcüstanda davam etdirib.

Qeyd edək ki, Nino Qurgenidze 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alıb. O, əvvəlcə U-17, daha sonra U-19 millisində forma geyinib.

Allah rəhmət eləsin!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43