Yığmamızın və “Hannover 96″nın futbolçusu Əli Gökdəmirə sərt cəza kəsilib.
Almaniya İntizam Komitəsi futbolçumuzu “Noymünster”lə oyunun 86-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkət etdiyinə görə, qarşıdakı iki oyundan diskvalifikasiya edib.
Yeri gəlmişkən, onu da deyək ki, bu cəza çempionat oyunlarına şamil edilir.