24 Sentyabr 2024
Ölkə futbolu

Millimizin heyəti açıqlandı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyənin Ərzurum şəhərində təşkil olunacaq “U-16 Türkdilli Ölkələr Turniri” üçün heyəti açıqlanıb.

İdmanxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 7-dək Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda U-16 Türkmənistan və Türkiyə yığması ilə A qrupunda mübarizə aparacaq.

Yığma Türkiyə səfəri öncəsi sentyabrın 25-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Milliyə dəvət olunan futbolçuların siyahısı:

No Ad/Soyad Klub
1 Nurəziz Əzizov Neftçi
2 Murad Muradov Zirə
3 Tunar Mehdiyev Sumqayıt
4 Kəmaləddin Cəfərli Qarabağ
5 Polad Hüseynov Qarabağ
6 Amin Rzayev Qarabağ
7 Rəşad Gülüşov Vətən
8 Toğrul Mehdizadə Vətən
9 Kamal Mustafazadə Vətən
10 Məhəmməd Mədətov Vətən
11 Məhəmməd Qafarov Neftçi
12 Səid Nuriyev Qarabağ
13 Emil Məmmədov Vətən
14 Allahverdi Şirinov Qəbələ
15 Eldar Abbasov Qarabağ
16 Nihat Şirinzadə Vətən
17 Əli İsrafilov Sumqayıt
18 Renat Muştakov Vətən
19 Samir Şərifov Vətən
20 Hüseyn Bayramov Qarabağ
21 Murad İbrahimli Qarabağ
22 Nicat Kərimov Vətən
23 Kamal Zülfüyev Sumqayıt

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43