Milli komanda

Millimizin heyəti açıqlandı – 24 futbolçu çağırıldı

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində avqustun 22-dən 29-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Baş məşqçi Milan Obradoviç hazırlıq prosesində 24 oyunçunu görmək istəyib.

Tərkib belədir:

Nicat Mehbalıyev,  Rüfət Əhmədov (“Qəbələ”), Rüstəm Samiqullin, Arsen Ağcabəyov, Veysəl Rzayev, Camal Cəfərov, Kamran Quliyev (“Sabah”), Əkbər Vəliyev, Elçin Mustafayev, Turan Vəlizadə (“Keşlə”), Rauf Hüseynli, Cəlal Hüseynov (“Zirə”), Bəşir Ayralov (“Zaqatala”), Mert Çelik, Asim Əlizadə, Fərid Yusifli, Vüsal Əsgərov, İsmayıl Zülfüqarlı (“Neftçi”), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (“Sumqayıt”), Musa Qurbanlı, İbrahim Hüseynov (“Qarabağ”)

Əlavə edək ki, “Neftçi”dən dəvət olunan Mert Çelik, Asim Əlizadə, Vüsal Əsgərov və “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı komandasının Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra düşərgəyə qoşulacaq.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 2-də Xorvatiyanın, sentyabrın 7-də isə Avstriyanın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43