Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacaq Azərbaycan millisinin rəsmi oyunlara hazırlıq üçün heyəti açıqlanıb.
İdmanxeber.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət olunub.
Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək. Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.
Millimizin heyəti belədir:
Emin Kürdov, Xəzər Ağalızadə, Ülvi Əliyev (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Astana” Qazaxıstan), Fərid Abbasov, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə, Cavad Məmmədov (“Baku Fire”), Emil Həsənzadə, Fərid Atakişiyev, Mirzə Əmirov (“Neftçi”), Seymur Məmmədov (kulubsuz).