Milli komanda

Millimizin heyəti açıqlandı: Prosineçkidən geri addım

“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində milli komandamız sentyabrın 3-də Bakıda Xorvatiya, sentyabrın 6-da isə səfərdə Malta yığması ilə qarşılaşacaq. 

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız hazırlıq məqsədilə avqustun 24-dən sentyabrın 7-dək təlim-məşq toplanışı keçirəcək.

Yığmamızın baş məşqçisi Robert Prosineçki 30 futbolçuya dəvət göndərib ki, bunların sırasında ötən mövsüm Premyer Liqanın bombardiri olan Nurlan Novruzov da var.

Kamran Ağayev – “Karşıyaka” (Türkiyə)
Aqil Məmmədov – “Neftçi”
Səlahət Ağayev – “İnter”
Tərlan Quliyev – “Kəpəz”
Bədavi Hüseynov – “Qarabağ”
Rəşad Sadıqov – “Qarabağ”
Magomed Mirzabekov – “Qəbələ”
Arif Daşdəmirov – “Qəbələ”
Ruslan Abışov – “Xəzər Lənkəran”
Pavel Paşayev – “Metallurq Zaporojye” (Ukrayna)
Ürfan Abbasov – “Qəbələ”
Rəşad Sadiqov – “Qəbələ”
Seymur Əsədov – AZAL
Rəhman Hacıyev – “Neftçi”
Qara Qarayev – “Qarabağ”
Cavid Tağıyev – “Qarabağ”
Elvin Camalov – “Qəbələ”
Coşqun Diniyev – “Qarabağ”
Elvin Məmmədov – “Qarabağ”
Əfran İsmayılov – “Qarabağ”
Dmitri Nazarov – “Karlsruhe” (Almaniya)
Ruslan Qurbanov – “Neftçi”
Araz Abdullayev – “Neftçi”
Rahid Əmirquliyev – “Xəzər Lənkəran”
Elnur Cəfərov – “Xəzər Lənkəran”
Vüqar Nadirov – “Xəzər Lənkəran”
Magomed Qurbanov – “Neftçi”
Rauf Əliyev – “İnter”
Nurlan Novruzov – “Zirə”
Eddi İsrafilov – “Eibar” (İspaniya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43