Yanvarın 10-dan 24-ə qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
İdmanxeber.com-un məlumatına görə, “İnter”in üzvü Nadir Qasımov zədəli olduğu üçün onu “Qəbələ”dən Elvin İmanlı əvəzləyəcək.