25 Oktyabr 2021
Kateqoriyasız

Millimizin hücumçu “Şalke”də növbəti qolunu vurdu

Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası Almaniyanın Qərb Regional Liqasında 11-ci turunda doğma meydanda Köln “Fortuna”sı ilə qarşılaşıb.

Idmanxeber.az-ın məlumatına görə görüş 1:1 hesabı ilə başa çatıb. Futbolçumuz start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Şalke”nin yeganə qolunu da Dadaşov vurub. Millimizin sabiq hücumçusu 83-cü dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.

“Şalke 2” bu nəticədən sonra 12 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA bu klublara xəbərdarlıq edib

admin

Millimizin qatıldığı turnir yarıda qaldı

admin

Ailəsi “Qarabağ”a gəlməyə qoymadı

admin