Ölkə futbolu

Millimizin hücumçusu iddialı danışdı: “Şimali İrlandiya və Rusiya ilə görüşdə üç xal üçün meydana çıxacağıq”

Millimizin hücumçusu Rüfət Dadaşov bu gün İsmət Qayıbov adına stadionunda keçirilən açıq məşqdən öncə jurnalistlərin suallarını cavablandırıb. “Kayzerslauten”in futbolçusu bunları deyib:

“Məşqlərimiz yaxşı keçir. Komandada əla əhval-ruhiyyə var. Başa düşürük ki, qarşıdakı oyun çox çətin olacaq. Çünki Şimali İrlandiya çox aqressiv futbol sərgiləyir.

Həm Şimali İrlandiya, həm də Rusiya ilə görüşdə üç xal üçün meydana çıxacağıq. Maksimum xal toplamağı çox istəyirik. Amma ruslarla görüş haqda Şimali İrlandiya ilə oyundan sonra düşünəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43