“Vulverhempton”un və Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını İsveçrədə davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, 23 yaşlı hücumçu “Qrasshopper”ə keçib. Bu barədə Sürix klubunun mətbuat xidməti məlumat yayıb. Dadaşovla 2+1 illik müqavilə imzalanıb.
Forvard ötən mövsümü icarə əsasında Portuqaliya “Tondela”sında keçirib.
Renat Azərbaycan millisində 18 oyuna çıxıb.