Milli komanda

Millimizin iki oyununun yeri dəyişdirildi

Milli komandamızın AÇ-2020-nin seçmə mərhələsindəki ev oyunlarından ikisinin stadionu dəyişdirilib.

İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya ilə keçiriləcək qarşılaşmalar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı Olimpiya Stadionunda (BOS) deyil, “Bakcell Arena”da oynanılacaq.

Mayın 29-da BOS-da Avropa Liqasının final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınaraq bu qərar verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43