Milli komanda

Millimizin İslamiada üçün heyəti açıqlandı

Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının ilkin heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə 37 futbolçuya dəvət göndərib.

Onlar arasında əsas millimizin üzvləri olan Rauf Əliyev, Ruslan Abışov, Elvin Məmmədov, Ağabala Ramazanov kimi futbolçular da yer alıb.

Millinin heyəti: Məqsəd İsayev, Maksim Vaylo, Ruslan Abışov, Rahil Məmmədov, Fəhmin Muradbəyli (hamısı “Neftçi”), Mirabdulla Abbasov, Yusif Nəbiyev, Tərlan Əhmədli, Nicat Muxtarov, Azər Salahlı, Bəhlul Mustafazadə (hamısı “Sumqayıt”), Şahrudin Məhəmmədəliyev, Elşən Abdullayev, Mahir Mədətov, Coşqun Diniyev, Ağabala Ramazanov (hamısı “Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov, Tellur Mütəllimov, Qismət Alıyev (hamısı “Qəbələ”), Vüsal İsgəndərli, Elvin Məmmədov, Vüqar Mustafayev, Adil Nağıyev, Sadiq Quliyev (hamısı “Zirə”), Kamal Mirzəyev (AZAL), Azad Kərimov, Orxan Əliyev (hər ikisi “Kəpəz”), Abbas Hüseynov, Rauf Əliyev (hər ikisi “İnter”), Emil Balayev (“Səbail”), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Elnur Cəfərov (“Duqopolye”, Xorvatiya), Ziya Əzizov (“Den Boş”, Hollandiya), Ozan Can Kökcü (“Feyenoord”, Hollandiya), Dmitri Nağıyev (“Dnepr”, Ukrayna), Taşkın İltər (“Dənizlispor”, Türkiyə)

Qeyd edək ki, son siyahı aprelin 25-dən sonra açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43