25 Sentyabr 2024
İdman

Millimizin İspaniya və İngiltərə ilə oyunlarının vaxtı açıqlandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, A qrupunda yer alan millimiz oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə qarşılaşacaq.

Millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

4 oktyabr
14:45. Azərbaycan – İngiltərə

5 oktyabr
14:45. Azərbaycan – Gürcüstan

7 oktyabr
20:00. İspaniya – Azərbaycan

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd edək ki, komandamız sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43