Avqustun 19-da, saat 17:30-da, “Sheraton Baku Airport Hotel”in "Çinar-3" zalında Azərbaycan milli komandasının mətbuat konfransı keçiriləcək.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 16:30-da, AFFA-nın inzibati binasının qarşısından KİV nümayəndələrini mətbuat konfransına aparacaq nəqliyyat vasitəsi yola düşəcək. Həmin avtomobil jurnalistləri “Sheraton Baku Airport Hotel”dən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna – milli komandanın məşqinə aparacaq.