Ölkə futbolu

Millimizin məşqçisi: “Çətin qrupa düşmüşük”

“Düşünürəm ki, çətin qrupa düşdük”.

İdmanxeber.az xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasındakı püşkatma barədə danışarkən deyib.

Mütəxəssis səbətlərin ən güclü komandaları ilə qarşılaşacaqlarını söyləyib: “Həmin yığmaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm”.

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43