Milli komanda

Millimizin məşqçiləri oyunları izlədi

Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç 21 yaşadək futbolçulardan ibarət yığmamızın Türkiyənin Antalya şəhərində Germania Egestorf komandası ilə keçirdiyi oyunu izləyiblər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Qeyd edək ki, hər iki məşqçi U-21 yığmamızın keçirdiyi digər yoxlama oyunlarına və hazırda Antalyada toplanışda olan klublarımızın bir neçə oyununa baxıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43