Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki köməkçisi Elxan Abdullayevi İsveçrəyə göndərir.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Abdullayev Bern şəhərində Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Yanq Boys” – “Qarabağ” oyununu izləyəcək.
Qeyd edək ki, avqustun 20-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.