Ölkə futbolu

Millimizin məşqində görün nə oldu – FOTO

Millinin az sonra başlayacaq məşqinə rus jurnalistlər böyük maraq göstərir.

Qonşu ölkənin ORT kanalının əməkdaşları məşqdən material hazırlamaq üçün Bakıya təşrif buyurublar.  Rusiyalı həmkarlarımız Fərid adındakı azarkeşdən yığmalarının millimizlə oyundakı gözləntiləri haqda sual veriblər.

Sözügedən azarkeşin əlindəki plakat da diqqətimizdən yayınmayıb. Plakatda bu yazılıb – "Ürəyim hər bir oyunda sizinlə döyünür".

Qeyd edək ki, millimizin Rusiya ilə oyunu 15 oktyabrda Bakıda keçiriləcək.

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43