Azərbaycan milli komandasının üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” evdə “Olimpiya” ilə qarşılaşb.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxsa da, 10-cu dəqiqədə zədələnərək meydanı tərk edib. Onun AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə görüşdə iştirak edib-etməyəcəyinə tibbi müayinədən sonra aydınlıq gələcək.
Qarşılaşma 1:1 hesabı ilə bitib.
Qeyd edək ki, “Aleksandriya” geridə qalan turlarda topladığı 38 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.