26 Sentyabr 2023
Milli komanda

Millimizin növbəti ev oyunu bu kanallarda

Azərbaycan və İordaniyanın futbol üzrə milliləri arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, sentyabrın 12-də Bakıda baş tutacaq qarşılaşmanı ölkəmizdə “CBC Sport” kanalı canlı yayımlayacaq.

Bundan başqa, İordaniyanın “Jordan Sport” və Avstriyanın DAZN kanalları da görüşü mavi ekranlara daşıyacaq.

Qeyd edək ki, “Dalğa Arena”da oynanılacaq Azərbaycan – İordaniya görüşü saat 20:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43