19 Sentyabr 2024
İdman

Millimizin oyunçusu İspaniya klubuna keçə bilər

Millimizin basketbolçusu Donta Holl hazırda çıxış etdiyi Fransanın “Monako” klubunu tərk etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı oyunçu karyerasını İspaniya çempionatında davam etdirə bilər.

“Baskoniya” yığma üzvü yaxından maraqlanır. Bask təmsilçisi heyətini ABŞ-dan olan 27 yaşlı basketbolçu ilə gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycan yığmasına ötən il cəlb olunan Donta Holl 2021-ci ildən “Monako”nun formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43