Kateqoriyasız

Millimizin oyunlarının stadionları açıqlandı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz oktyabrın 8-də Nitra şəhərindəki Nitra stadionunda Slovakiya ilə qarşılaşacaq.

Yığmamız oktyabrın 13-də isə Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda Gürcüstan yığması ilə qarşılaşacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43