İdman

Millimizin oyunlarının vaxtı açıqlandı

17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun təqvimi müəyyənləşib.

İdmanxeber.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, 7-ci qrupda mübarizə aparacaq Azərbaycan yığmasının oyunlarının vaxtı bəlli olub. Komandamız ilk oyununu 2018-ci il martın 22-i Almaniyaya qarşı keçirəcək. Millimiz martın 25-i İrlandiya, martın 28-i İslandiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, 7-ci qrupun görüşləri Almaniyada oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43