Kateqoriyasız

Millimizin oyunu Əliyar Ağayevə həvalə olundu

21 yaşadək futbolçulardan ibarət komandalar arasında “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Belarus yoldaşlıq oyunununa hakim təyinatları açıqlanıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov, Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetircək.

Qeyd edək ki, martın 29-u keçiriləcək görüş saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43