AÇ-2020-nin seçmə mərhələsinin Macarıstan – Azərbaycan oyunu azarkeşsiz keçirilə bilər.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb “Slovakiya” ilə oyununda hər iki tərəfin azarkeşləri arasında baş vermiş insidentdi. UEFA-nın hər iki yığmaya cəza tətbiq edəcəyi gözlənilir. Belə olacağı halda, Macarıstan – Azərbaycan və Slovakiya – Uels qarşılaşmaları boş tribunalar qarşısında keçiriləcək.
Qeyd edək ki, Macarıstan – Azərbaycan qarşılaşması isə oktyabrın 13-də keçiriləcək.