19 Fevral 2025
Kateqoriyasız

Millimizin oyunu canlı yayımlanmayacaq

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün saat 19:00-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İsrail oyunu canlı yayımlanmayacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA məlumat yayıb.

Məlumatda bildirilir ki, bu oyunun yalnız videoyazısı bu gün saat 22:00-da İdman Azərbaycan kanalında nümayiş olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43