16 Sentyabr 2024
Ölkə futbolu

Millimizin oyununa fransalı hakim təyin edildi

U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Serbiya oyununa fransalı hakimlər təyinat alıblar.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanın baş hakimi FIFA referisi Bastyen Deşepiyə Aleksis Oje və Parin Le Telye köməklik göstərəcək. Dördüncü hakim funksyasını Floren Batta yerinə yetirəcək.

Sentyabrın 10-da Bakıdakı “Dalğa Arena”da təşkil olunacaq matç saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43