Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Kipr yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının I turunun oyununa təyinatlar açıqlanıb.
İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Yelena Qobjilaya Natalia Çeban və Ana Çiobotaru laynsmanlar qismində kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Oksana Çruç yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 22-də “Dalğa Arena”da oynanılacaq görüş saat 17:00-da başlayacaq.