Kateqoriyasız

Millimizin qərarlaşdığı qrupda səfər komandaları qələbə qazandı

“Avro-2016″nın seçmə mərhələsində II turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, millimizin qərarlaşdığı H qrupunda daha iki matç baş tutub.

Millimizi Bakıda məğlub edən Bolqarıstan öz meydanında Xorvatiyaya yenilib. Norveç isə səfərdə Maltanı iki cavabsız qolla məğlub edib. Bu nəticələrdən sonra millimiz rupda sadəcə Maltadan öndədi.

10 oktyabr

“Avro-2016″nın seçmə mərhələsi, II tur

H qrupu

23:45. Bolqarıstan – Xorvatiya – 0:1

Qol: Papov, 36-avtoqol (0:1)

23:45. Malta – Norveç – 0:3

Qollar: Daehli, 22 (0:1), Kinq, 25 (0:2), 49 (0:3)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43