İsveç millisini Yon-Dal Tomasson çalışdıracaq.
İdmanxeber.az-ın məıumatına görə, danimarkalı mütəxəssislə 2026-cı ilə qədər müqavilə imzalanıb. Tomasson daha öncə Çempionşip klubu “Blekbern”in baş məşqçisi idi.
O, İsveç tarixində ilk əcnəbi mütəxəssis olub.
Millimiz Millətlər Liqasında bu ilin sentyabrında Bakıda, noyabrında isə səfərdə İsveç millisiylə qarşılaşacaq.