Milli komanda

Millimizin rəqibi bilindi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz martın 24-də və 27-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyunların məkanı və başlama vaxtı ilə bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43