Milli komanda

Millimizin Ramat Gan planından bir hissə: açıq məşq və mətbuat konfransı

Azərbaycan milli komandasının sentyabrın 5-də, yerli vaxtla saat 18:00-da, Ramat Gan şəhərindəki eyniadlı stadionda keçiriləcək məşqinin ilk 20 dəqiqəsi mətbuat nümayəndələri və azarkeşlər üçün açıq olacaq.

Sentyabrın 6-da, yerli vaxtla saat 12:00-da, “Hilton Tel-Aviv” mehmanxanasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43