Valentin Qranatikinin turnirində çıxış edən19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibləri müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, millimiz D və E qruplarını qalib başa vuran Sankt-Peterburq və Cənubi Koreya komandaları ilə qarşılaşacaq.
Bu gün turnirdə istirahət günüdü. Azərbaycan yığması növbəti matçını ayın 7-də Sankt-Peterburq komandasına qarşı keçirəcək.
İlkin qrup mərhələsində Azərbaycan Yaponiyaya (1:0) və Rusiya-2 komandasına (4:2) qalib gəlmişdi.