Dünya futbolu

Millimizin rəqibləri üz-üzə

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Avropa zonası üzrə 5-ci tur həyəcanı davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gecə C, E və F qruplarındakı komandalar üz-üzə gələcəklər. C qrupunda yer alan Azərbaycan millisinin qrup lideri Almaniya ilə üz-üzə gələcəyi gündə digər rəqiblərimiz də meydana çıxacaqlar. Şimali İrlandiya Norveçi, San Marino isə Çexiyanı qəbul edəcək.

E qrupunda Ermənistan Qazaxıstanı, Monteneqro Polşanı, Rumıniya isə Danimarkanı qəbul edəcək.

F qrupunun lideri İngiltərə öz meydanında Litva ilə qarşılaşacaq. Malta Slovakiyanı, Şotlandiya da Sloveniyanı sınağa çəkəcək.

26 mart

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

20:00. Azərbaycan – Almaniya

20:00.San Marino – Çexiya

22:45.Şimali İrlandiya – Norveç


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43