Milli komanda

Millimizin Rusiya və Şimali İrlandiya ilə oyunlarını izləmək istəyənlərin nəzərinə

Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsindəki son oyunlarının biletləri bu gündən satışa çıxarılır. 

AFFA-nıln saytına istinadən verdiyimiz məlumata görə,  azarkeşlər oktyabrın 11-də Şimali İrlandiya, 4 gün sona Rusiya ilə baş tutacaq oyunlara biletləri bu gün saat 12:00-dan başlayaraq “Bakcell Arena”nın kassalarından, “Park Bulvar” alış-veriş və “28 MaII” ticarət mərkəzlərindən ala bilərlər. 

8-ci km stadionunda (“Bakcell Arena”) baş tutacaq görüşlərə biletlər həm ayrı-ayrılıqda, həm də cüt şəklində satılacaq. Belə ki, azarkeşlər istədiyi oyuna bilet almaq imkanı ilə yanaşı, hər 2 matçı izləmək üçün güzəştli bilet ala biləcək. Lakin bu güzəşt VİP sektora aid edilmir.

Qeyd edək ki, Rusiya ilə qarşılaşmaya biletlər Şimali İrlandiya ilə matçdakından bahadır.







  Kateqoriyalar

Azərbaycan – Şimali İrlandiya 
(tək bilet)

Azərbaycan – Rusiya 
(tək bilet)


Azərbaycan – Şimali İrlandiya 
Azərbaycan – Rusiya 
 (2 oyuna bir bilet )

1-ci kateqoriya

6 AZN

10 AZN

12 AZN

2-ci kateqoriya

4 AZN

8 AZN

10 AZN

VİP

50 AZN

100 AZN

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43