Ölkə futbolu

Millimizin sabiq forvardının vəziyyəti pisləşib

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev xəstəxanaya yerləşdirilib.

İdmanxeber.az məlumat verir ki, buna səbəb veteran hücumçunun ötən həftənin sonunda insult keçirməsidir.

Hazırda reanimasiyada olan Vasilyevin vəziyyəti stabildir. Onun yaxın vaxtlarda palataya köçürüləcəyi gözlənilir.

Qeyd edək ki, Vadim Vasilyevin xəstəxana xərclərini AFFA qarşılayır. Belə ki, tanınmış futbolçunun vəziyyəti ilə bağlı əvvəlcə qurumun baş katibi Sərxan Hacıyevə məlumat verilib. Keçmiş forvard AFFA prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə isə özəl klinikaya yerləşdirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43