Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşov formasını geyindiyi “Şalke”nin ikinci komandasının heyətində dubla imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, o, komandasının Almaniyanın Qərb Regional Liqasında 32-ci turunun “Boxolt”la ev oyununda iki qolla yadda qalıb.
Lakin “Şalke” öz meydanında məğlubiyyətdən qaça bilməyib – 2:4.
“Şalke”nin ikinci komandası hazırda 45 xalla 18 komanda arasında 9-cu pillədə qərarlaşıb.