Almaniyanın Şimal-Şərq Regional Liqasında 13-cü turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – “Germaniya Halberştadt” klubu səfərdə “Oberlausits Noyqersdorf” ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.