Ötən yay Kosovo “Drita”asından ayrılan Amit Quluzadənin klubsuz günləri başa çatıb.
Millimizin sabiq üzvü karyerasını Bosniya və Herseqovinada davam etdirəcək. 26 yaşlı futbolçu yüksək liqada çıxış edən “Çelik”lə müqavilə imzalayıb. Amit yeni klubunda 18 nömrəli formanı geyinəcək.
Amit Azərbaycanda “Neftçi”, “Rəvan”, “Qəbələ”, “Səbail” və “Sumqayıt”da çıxış edib. O, Türkiyənin “Ərciyyəspor”, Yunanıstanın AEL və Portuqaliyanın “Atletiko” klublarının da şərəfini qoruyub.