Kateqoriyasız

Millimizin sabiq üzvü öncə üzr istədi, sonra söz verdi: “Bəhanə axtarmaq istəmirəm”

Premyer Liqanın debütantı “Araz Naxçıvan” ilk turda “Neftçi” üzərində qazandığı qələbədən sonra heç cür xal qazana bilmir.

İdmanxeber.com-un məlumatına görə, Naxçıvan təmsilçisi ötən gün “Bakı”ya uduzmaqla sonuncu pilləyə yuvarlanıb.

Qazanılan nəticələr azarkeşlərin “səbr kasası”nı daşırıb. Vəziyyətin gərginləşdiyini görən futbolçular isə açıqlamalarında bu gedişata son verəcəklərini bildirirlər.

Klubun təcrübəli müdafiəçisi Saşa Yunisoğlu da öz “facebook” səhifəsindən azarkeşlərə səslənib:

“Həm komanda, həm də öz adımdan bizlərdən qələbə gözləyən, narahatçılıq keçirən azarkeşlərdən və rəhbərlikdən “Bakı” ilə oyunda alınan məğlubiyyətə görə üzr istəyirəm. Bəhanə axtarmaq istəmirəm. Tablodakı hesab hər şeyi başa salır. Biz futbolu azarkeşlər üçün oynayırıq və narahatçılıq da daha çox “Araz”sevərləri qələbələrlə sevindirə bilməməyimizdi. Komandamız yenidi və bu ilk ilimizdi Premyer Liqada… Hələ ki, heç nə itirilmiş deyil. Söz verirəm ki, var gücümüzlə mübarizə aparıb komandanı “qara zolaq”dan çıxaracağıq. Xahiş edirəm, dəstəklərinizi əsirgəməyin bu çətin keçid dövrümüzdə”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43